QAFQAZ KAĞIZ SƏNAYE

Azərbaycanın və regionun ən böyük təmizlik və gigiyenik kağız məmulatları istehsal edən müəssisələrindən biri olan - “Qafqaz Kağız Sənaye” MMC, 1997-ci ildə “Azersun Holding” Şirkətlər Qrupunun tərkibində təsis edilmiş, 10 nəfər işçi qüvvəsi və 4 ədəd dəzgah ilə fəaliyyətə başlamışdır. Təmizlik və gigiyenik kağız məhsullarına daim artan tələbat, bu sahədə inkişafın bünövrəsini qoymuşdur və 2005-ci ildə aparılan yenidənqurma işləri nəticəsində müəssisə yeni, müasir avadanlıqla təchiz edilmiş və istehsal gücünü artırmışdır. Yeni texnologiyaların tətbiqi nəticəsində Kağız Dəsmalı fabriki istehsal gücünü illik olaraq 2500 tona çatdırmağa nail olmuşdur. Həmin ilin aprel ayından “Qafqaz Kağız Sənaye” MMC ayrıca müəssisə kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda Kağız Dəsmalı fabrikin iş sahəsi 700 m2-dən 6000 m2-dək genişlənmişdir.

Hazırda fabrik hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları istehsal etmək gücünə malikdir. Bu gün 60 nəfərdən çox işçinin çalışdığı müəssisə ölkənin dəsmala olan tələbatının mühüm hissəsini ödəməyə qadirdir.

“Qafqaz Kağız Sənaye” MMC, keyfiyyətli məhsul istehsalının sübutu kimi 2005-ci ilin oktyabr ayında İSO-9001 keyfiyyət sistemi sertifikatını qazanmışdır.