FAYDALI MƏLUMATLAR

Uşağınıza tualetdən istifadə vərdişlərinin qazandırılması
SUN`ın bənzərsiz yumşaqlığı uşağınıza tualetdən istifadə vərdişlərinin qazandı-rılması prosesinin uğurla  və usandırmadan  başa çatdırılmasına yardım edəcəkdir!

Vərdişlərinin qazandırılması üçün ən uyğun yaş dövrü
Uşağınıza tualetdən istifadə vərdişlərinin qazandırılması prosesinə başlamaq üçün ən uyğun yaş dövrü onun bu iş üçün artıq hazır olduğunu hiss etdiyiniz mərhələdir. Pensilvaniya uşaq klinikasının apardığı bir araşdırmanın nəticələrinə görə, qız uşaqları adətən 3 yaşında, oğlan uşaqları isə qızlardan təxminən 3 ay sonra bu vərdişi qazanırlar. Valideynlər olaraq sizin uşaqlarınıza qarşı olduqca təmkinli və səbrli davranış nümayiş etdirməyiniz  bu müddəti sürətləndirə bilər.

Qorşok və ya unitazın seçilməsi
Oturaq vəziyyətdə uşağınızın ayaqlarının yerlə təmasda olması onun daha rahat və sərbəst hərəkət etməsinə imkan verəcəkdir.

 Bu hərəkətin vərdiş halına gətirilməsi
  Uşağınızı yeməkdən sonra  və ya duşdan əvvəl kağız bezdən istifadə etmədən qor-şokun və ya unitazın üstündə oturtmağa çalışın. Burada məqsəd onun usandırmadan bu işə alışmasını təmin etmək və bu hərəkəti vərdiş halına gətirməkdir. Qorşoku uşağınızın özünü ən rahat  hiss edəcəyi yerə qoya bilərsiniz.

Əsas məlumatlar
 Uşağınıza bayıra çıxmaq prosesini sadə bir dillə izah edin. Bu proses başa çat-dığında təmizlik bezini unitaza boşaldın və tualet kağızı ilə özünü silməyi göstərin. Sifonu çəkdikdən sonra isə, birlikdə əllərinizi yuyun və unitazdan istifadə etmə məsələsində onu həvəsləndirməyə çalışın.

Nəticənin əldə edilməsi
Uşağınızın bu müddət ərzində altına qaçırması mümkündür və təbiidir. Sizin daha səbrli davranmağınız və həssas olmağınız uşağınızın yol verdiyi səhvlərindən daha tez dərs almasını təmin edəcəkdir.

Qrip nədir?
        Qrip burun, bronxlar və ağciyərdən ibarət olan tənəffüs sistemində meydana gələn Influenza A, Influenza B və Influenza C viruslarının səbəb olduğu yüksək dərəcədə yoluxucu bir xəstəlikdir. 1-2 həftə içində xəstələr ümumiyyətlə yaxşı-laşırlar, ancaq xəstəliyin təsiri həftələrcə davam edə bilər. Əsas etibarı ilə bu xəstə-liyə oktyabr - mart ayları arasında təsadüf edilir.

 Qrip olduğumuzu necə anlamaq mümkündür?
       Qripə yoluxan xəstədə sürətlə başlayan qızdırma və ya titrəmə, öskürək, əzələ ağrıları, baş ağrısı, boğaz ağrısı, burun tutulması və ya axması, yorğunluq və ya halsızlıq, taqətsizlik kimi əlamətlər müşahidə olunur. Ümumiyyətlə, xəstələr 1-2 həftə içində yaxşılaşsalar da, halsızlıqları bir neçə həftə davam edə bilir.

Qripə yoluxma necə baş verir və bu halda  nə etməliyik?
      Qrip virusuna yoluxma əsasən xəstəliyin əlamətlərinin başlamasından 1-2 gün əvvəl başlayır və xəstəlik başladıqdan sonra 3-7 gün ərzində  davam edir. Öskürək və asqırma sonrası əl vasitəsi ilə ağızın bağlanılması və yaxud qucaqlaşma kimi birbaşa təmaslar virusa yoluxma ehtimalını daha da artırır. Normal halda insan tənəffüs edərkən nəfəs yolu ilə ağızdan çölə çıxan havanın sürəti saatda 25 km olduğu halda, asqırdığı təqdirdə bu rəqəm 320 kilometrə çatır və mikroblar orta hesabla 30 sm uzağa yayıla bilir. Bu yolla ətrafa yayılan mikroblar 24 saatdan çox yaşaya bilir. Buna görə də mikrobların havaya və əl vasitəsi ilə yayılmasının qarşısını almaq üçün asqırarkən mütləq kağız dəsmal ilə ağız nahiyəsini örtmək lazımdır. Qripə yoluxmuş və ya soyuqdəyməyə tutulmuş bir adam ilə təmasda ol-duqdan sonra isə mütləq əlləri yumaq, əl vasitəsi ilə virusun ən sürətli yayıldığı bölgələr hesab olunan göz, ya da buruna toxunmamaq, başqalarının istifadə etdikləri kompyuter, telefon kimi cihazlara toxunmazdan əvvəl onları silmək, hətta mümkün olarsa, dezinnfeksiya etmək, qripin geniş yayıldığı aylarda isə istirahət üçün vaxt ayrımaq, nəhayət çoxlu miqdarda maye qəbul etmək qripə yoluxmağın qarşısını ala bilər.

Qripə qarşı peyvənd
Qripə qarşı peyvənd böyüklərin 90 %-ni bu xəstəlikdən qoruyur. Peyvəndin hər il bir doza həcmində  edilməsi tövsiyə olunur. Qripə qarşı peyvəndin tətbiq edilməsi üçün ən uyğun mövsüm sentyabr, oktyabr və noyabr ayları hesab olunur. Peyvəndin bilavasitə təsiri  edildiyi vaxtdan 10-14 gün sonra başlayır.

C vitamini
C vitamini hər kəsin zənn  etdiyinin əksinə olaraq qripin qarşısını almır. Düzdür, xəstəliklərə qarşı insan orqanizminin müqavimətinin artmasına səbəb olur, lakin birmənalı şəkildə qripə yoluxmamıza və xəstə olmağımıza mane olmur. Hətta həddindən artıq dərəcədə C vitamininin qəbul edilməsi, xüsusilə uşaqlar və yaşlı-larda  ishala gətirib çıxara və sağalma prosesinin gecikməsinə səbəb ola bilər.

Antibiotiklər
Qrip xəstəliyinə səbəb olan İnfluenza virusuna qarşı antibiotiklərin təsir gücünün kifayət etmədiyi üçün xəstəlik əsnasında antibiotikdən istifadə olunması  xəstəliyin müddətini azaltmır.

Mətbəx bezində gözlə görə bilmədiyiniz "bir şeylər" var!
 Türkiyənin Doqquz Eylül Universiteti tərəfindən aparılan araşdırmanın nəticələ-rinə görə, hər gün yuyulsa belə,  mətbəxlərdə üzərində yemək hazırlanan masanı silmək və təmizləmək üçün istifadə edilən parça bezlərdə gözlə görünməyən yüz minlərlə bakteriya yenə öz varlığını qoruyub saxlayır.

       Aparılan həmin araşdırmada həmçinin kağız dəsmalın və parça bezin gigiyenik xüsusiyyətləri araşdırılmışdır. Nəticədə, kağız dəsmalın sadəcə bir dəfə istifadə edilməsi, bakteriyaların törəməsinə imkan verməməsi və parça bezlə müqayisədə  daha çöx gigiyenik üstünlüyə malik olması elmi cəhətdən bir daha  öz təsdiqini tap-mış oldu.
Uzun müddət ərzində istifadə edilən parça bezlərdə qalan su rüyubətli şəraitdə törə-yən bakteriyalar üçün son dərəcə əlverişli bir mühit meydana gətirir. Bu baxımdan, mətbəxdəki masaların üstünə qoyulan yaş bezlər bakteriyaların meydana gəlməsinə və çoxalmasına səbəb olur.

 Təəssüf ki,  parça  bezi hər gün yumaq çıxış yolu deyildir. Hər gün yuyulsa belə, gün ərzində istifadə etdiyiniz bezdə gözlə görə bilməyəcəyiniz yüz minlərlə bakte-riya qalmağa davam edir. Hər dəfə bezdən istifadə etdiyinizdə çoxlu sayda bakte-riya əlinizə və ətrafdakı əşyalara yapışaraq ailənizin sağlamlığını təhlükə altında qoyur.

      Lakin kağız dəsmaldan istifadə edildiyi zaman  belə bir riskdən qətiyyən söhbət gedə bilməz. Eyni şəkildə araşdırma nəticəsində hər bir hissəsi sadəcə bir dəfə isti-fadə üçün nəzərdə tutulduğuna görə kağız dəsmalın daha çox gigiyenik olduğu ortaya çıxmışdır. Kağız dəsmal ilə əllərinizi qurulayarkən bakteriyaların meydana gəlməsinin qarşısı alınmaqla bərabər, onların başqa yerlərə yayılma ehtimalı da azalmış olur.

Mətbəxdə gigiyenanı təmin etmək üçün başqa nələr edilməlidir?
Bakteriyanın ətrafa yayılmasının  qarşısını alın.

• Mətbəxdə ərzaq məhsulları ilə təmasda olarkən tez-tez masanı isti, sabunlu suyla təmizləyin və kağız dəsmalla yaxşıca qurulayın.
• Yemək hazırlamağa başlamazdan əvvəl əllərinizi yuyun və kağız dəsmal ilə qurulayın.
Soyuducunuzu daima təmiz saxlayın.
• Soyuducunuzun 2-4°C arasında işləməsinə diqqət yetirin və ağızına qədər dol-durmayın. Çünki yeməklərin soyuya bilməsi üçün hava axınına ehtiyac vardır.
• Buzun açılması məqsədi ilə bir qab içində soyuducuya qoyduğunuz qidanın suyunun başqa yeməklərin üzərinə axmaması üçün onun altına kağız dəsmal yerləşdirin.
Qida maddələrinin gigiyenik şəraitə uyğun saxlanılmasına diqqət yetirin.
• Donmuş yeməklərin donunu masa üzərində saxlamaqla deyil, soyuducuda, kran-dan axan soyuq suyun altında  tutmaqla və ya  mikrodalğalı sobaya yerləşdirməklə  açmağa çalışın.
• Artan yeməkləri ən çox iki saat ərzində soyuducuya yerləşdirin və ən gec üç-dörd gün içində istifadə edin.
Mətbəxdə istifadə olunan əşyaların təmizliyinə diqqət yetirin.
• Hər dəfə yeni yemək hazırlamadan əvvəl, istifadə etdiyiniz əşyaları, qabları, kəs-mə taxtasını, mətbəx dəzgahını isti və sabunlu suyla yuyun və sonra kağız dəsmalla qurulayın.
• Kəsmə taxtalarının üzərində bakteriya törəməməsi üçün ətlə təzə qida maddələrini ayrı-ayrı taxtalarda kəsin.
• Yemək yeyildikdən sonra ən çox iki saat içində qab-qacaqları yuyaraq qurulayın, çünki yuyulmamış qab-qacaqlarda sürətlə bakteriya törəyəcəkdir.